Məktub Ağ Ev hüdudlarından kənardakı poçt şöbəsində imiş
ABŞ Məxfi Xidməti məlumat verib ki, Amerika administrasiyasının ünvanına göndərilmiş məktubda sianid izləri aşkarlanıb.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, məktub bazar ertəsi gəlib və Ağ Ev hüdudlarından kənardakı poçt şöbəsində imiş. Məktubun ilkin yoxlanışı şübhəli heç nə göstərməyib, lakin sonrakı testlər müsbət nəticə verib.
ABŞ prezidentini qorumaqla məşğul olan Məxfi Xidmət təmsilçiləri əlavə şərhdən imtina ediblər.