Culiya Bişop: “Bu, bədxassəli ideya, konsepsiya və ideologiyalara qarşı mübarizədir”
Avstraliya XİN başçısı Culiya Bişop bildirib ki, İŞİD qruplaşmasına qarşı mübarizə bir ömür çəkə bilər.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, o deyib: “Bizim həm ölkəmizdə, həm də ondan kənarda ekstremizmin bütün təzahürlərinə qarşı mübarizənin tərkib hissəsi olmaqdan özgə seçimimiz yoxdur. Qələbə üçün illər, onilliklər, bəlkə də, bir ömür lazım gələ bilər”.
Nazir qeyd edib ki, yaraqlılar və ekstremizmlə mübarizə “geniş cəbhədə hərbi yolla qalib gəlmək olar” kimi qələmə verilməməlidir: “Bu, bədxassəli ideya, konsepsiya və ideologiyalara qarşı mübarizədir”.