XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Oktyabr 2016 - 10:41

Komissar:"Avropa Birliyi səs hüququndan məhrum ola bilər"

k

Avropa Birliyi "Paris iqlim sazişi"ni ratifikasiya etməyə hazırlaşır.

Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının iqlim məsələləri üzrə komissarı Migel Arias Kanete bildirib.

Qeyd edək ki, "Paris iqlim sazişi"nin qlobal tətbiqi üçün atmosferə buraxılan zəhərli qazların 55%-nə nəzarət edən ölkələr buna imza atmalıdırlar.

İndiyə qədər bu razılaşmaya 61 ölkə imza atıb. Bu ölkələrin hamısı bir yerdə atmosferə buraxılan zəhərli qazların 48%-nə nəzarət edir.

AB bu müqaviləyə qoşulacağı təqdirdə razılaşma tam qüvvəyə minəcək. Əgər qurum müqaviləni oktyabr 7-nə qədər ratifikasiya etməsə, noyabrın əvvəlində keçiriləcək iqlim konfransında səs hüququndan məhrum olacaq.

"Paris iqlim sazişi" 2015-ci ilin dekabrında imzalanıb.  (Axar.az)