Vaşinqton öz hərbi hissələrini Polşada qısa zaman çərçivəsində yerləşdirmək istəyir.
Bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Antoni Maçereviç söyləyib.
Onun sözlərinə görə, hazırda dünya üçün əsas təhlükə islam ekstremizmi, Rusiya aqressiyası və Çinin ekspansiv siyasətidir.
Qeyd edək ki, NATO 2017-ci ildə Polşa və Baltikyanı ölkələr 4 batalyon yerləşdirəcək. Moskva NATO-nun bu addımını pisləyib. Rusiya Qərbin bu addımına cavab veriləcəyini bildirib. (Axar.az)