XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 16:32

Əfqanıstanda partlayış:11 nəfər həlak olub

Əfqanıstanda yol kənarında basdırılmış minanın partlaması nəticəsində azı 11 nəfər həlak olub. Bu barədə Sinxua agentliyi yerli hökumət orqanlarına istinadla məlumat yayıb.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə Əfqanıstanın cənubundakı Gilmənd vilayətində baş verib.

Partlayışın məsuliyyətini regiondakı terror qruplaşmalarından heç biri üzərinə götürməyib.