XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 17:37

Qırğızıstan prezidenti Rusiyada müalicəsini başa çatdıraraqBişkekə qayıdıb

Qırğızıstan prezidenti Almazbek Atambayev müalicədə olduğu Moskvadan Bişkekə qayıdıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, prezidentin təyyarəsi oktyabrın 1-də Bişkekin “Manas” aeroportunda eniş edib.

Xatırladaq ki, Almazbek Atambayev sentyabrın 23-dən Moskvanın Mərkəzi klinik xəstəxanasında müalicə olunurdu. Həkimlər onda ürək simptomları ilə bağlı problem aşkarlamışdılar.