XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 17:47

Arda Turan millidəki karyerasını bitirir- Səbəb

Türkiyə yığmasının heyətinə dəvət olunmayan Arda Turan milli komanda karyerasını başa vurur.

Bu məlumat Türkiyə mətbuatında yer alıb. İspaniyanın “Barselona” klubunda çıxış edən futbolçu millinin heyəti açıqlandıqdan sonra bu qərarı qəbul edib. O, daha öncə Rusiya və Xorvatiya ilə oyunlara da dəvət almayıb.

Baş məşqçi Fatih Terim 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiyaya qarşı keçirəcək oyun öncəsi Arda ilə yanaşı Selçuk İnan, Burak Yılmaz, Caner Erkin və Gökhan Gönülü də yığmaya dəvət etməyib(azərtac).