XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 18:56

Kerri ilə suriyalı müxaliflərin gizli danışıqları yayıldı:“Ruslar məni aldatdı”

ABŞ dövlət katibi Con Kerri və Suriya müxalifləri arasında gizli görüş keçirilib. Kerri onlara Bəşər Əsədin də iştirakı ilə seçkilər keçirməyi təklif edib.
 
Modern.az saytının xəbərinə görə bu barədə nüfuzlu “The New York Times” nəşri Con Kerrinin səs yazısına istinadən məlumat yayıb.

Görüş sentyabrın 22-də BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Niderland daimi nümayəndəliyində baş tutub. 

Qəzetin yazdığına görə, Kerrinin müxaliflərlə görüşü ötən həftə Rusiya ilə Suriyada əldə edilmiş atəşkəs razılaşmasının uğursuzluğa düçar olmasından dərhal sonra gerçəkləşib. Kerrinin səs yazısından onun  Barak Obama administrasiyasından şikayətləndiyi görünür.

“Kerri şikayətlənir ki, prezident Barak Obama administrasiyasında olan bir qrup şəxs hərbi gücün tətbiqini müdafiə edir”,-deyə məqalədə yazılıb.
 
O da qeyd olunub ki, Con Kerri xarici işlər naziri Sergey Lavrovun timsalında Rusiyanın onu yenidən aldatdığını bildirib. Dövlət Departamentinin rəhbəri vəziyyətdən çıxış yolu kimi göstərib ki, keçid hökumətində müxalifət də olmalıdır.
 
Kerri etiraf edib ki, Suriya müxalifətinə silah təchizatının genişləndirilməsi və ya münaqişəyə ABŞ-ın birbaşa qarışması mənfi ssenariyə səbəb olacaq. O inandırmağa çalışıb ki, Rusiya və  İran prosesləri xeyrinə dəyişəcək və Suriyada “Hizbullah”çıların sayı get-gedə artacaq.
 
“Eyni zamanda “Əl-Nusraçı”ların da sayı artacaq. Səudiyyə Ərəbistanı və Türkiyə bütün pullarını xərcləyəcəklər və sizlər hamınız qırılacaqsınız”,
– deyə Kerri söyləyib. 

Amerikalı diplomat suriyalı müxaliflərə deyib ki, seçkilər BMT-nin iştirakı ilə ən ciddi standartlar üzrə keçirilməlidir.

Müəllif yazır ki, Kerri bu dedikləri ilə suriyalıları heyrətləndirib. Həmçinin o, seçkilərdə Bəşər Əsədin iştirak etməsini söyləyib.

Yayılan xəbərə görə, müzakirələrin belə inkişaf variantı Suriya müxalifətinin nümayəndələrini məyus edib və onlar ABŞ tərəfindən köməyə ümid etməyin mənasız olduğunu bildiriblər.