XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2016 - 19:38

Pakistan hökuməti Hindistan telekanallarının yayımınaqadağa qoydu

Pakistanın elektron KİV-lərin fəaliyyətini tənzimləyən orqanı (Pakistan Electronic Media Regulatory Authority, PEMRA) oktyabrın 1-də ölkə ərazisində Hindistan informasiya kanallarının “qanunsuz” yayımını tam qadağan edən qərar verib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, qərar oktyabrın 15-dən qüvvəyə minəcək. Qadağaya məhəl qoymayaraq yayımı davam etdirən kabel televiziya kompaniyalarına qarşı sərt tədbirlər görüləcək.

Bir qədər əvvəl Pakistandakı kinoteatrlar Hindistanın ölkə ərazisindəki 7 rayona zərbələr endirməsi nəticəsində iki pakistanlı hərbçinin ölümünə cavab olaraq hind filmlərini yayımlamaqdan imtina etdiyini bildirmişdi.

Qeyd edək ki, yaraqlıların Kəşmirdə yerləşən hərbi hissəyə hücumundan sonra iki ölkə arasında gərginlik artmağa başlayıb. Həmin hadisə nəticəsində Hindistan ordusunun 18 hərbçisi həlak olmuşdu. Nyu-Deli yaraqlıların Pakistan ərazisindən gəldiyini iddia etsə də, İslamabad insidentlə əlaqəsinin olmadığını bildirib.