XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 20:21

Britaniyalı boksçunokdaundan sonra ölüb

Orta ağır çəki dərəcəsində çıxış edən Britaniya boksçusu Mayk Touell rəqibi Deyl Evansla döyüşdə aldığı zədələr səbəbindən həyatını itirib. Rəqibi onu iki dəfə nokdauna göndərib.

Bu barədə oktyabrın 1-də Daily Mail nəşri məlumat yayıb.

Döyüş cümə axşamı günü Qlazqoda keçirilib. Mayk Touell beşinci raundda ağır zədə alıb və rinqi xərəkdə tərk etməli olub. Daha sonra isə xəstəxanaya yerləşdirilib.

Boksçunun menecerinin sözlərinə görə, ciddi surətdə zədələnən Touell süni nəfəs aparatına qoşulmuşdu. Həkimlər onu həyata qaytara bilməyiblər və idmançı şənbə günü 26 yaşında vəfat edib.

Son döyüşünə qədər Mayk Touell peşəkar boksda 11 qələbə qazanmış və bir görüşü heç-heçə başa vurmuşdu(azərtac).