XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 20:32

“Samsung” “Galaxy A8” (2016) smartfonunurəsmən təqdim edib

Koreyanın "Samsung Electronics" korporasiyası "Galaxy A8" (2016) smartfonunu təqdim edib. Bu, ötən il buraxılmış "Galaxy A8" modelini əvəz edib.

Yeni smartfon 1920×1080 piksel təsvir ölçülü 5.7 düymlük ekran, "Mali-T760" qrafikasına malik "Samsung Exynos 7 Octa 7420" prosessoru, 3 giqabayt (QB) əməli və 32 QB daxili yaddaşla təchiz edilib. "MicroSD" çıxarılıb taxılan daşıyıcının qoşulması mümkündür.

Yeni cihaz 16 meqapiksellik (MP) əsas kamera, 5 MP-lik ön kamera ilə təchiz edilib. Aparat, həmçinin "GPS", "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə modulları, 3500 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və "Android 6.0.1 Marshmallow" əməliyyat sistemi ilə idarə olunur.

Smartfon dördüncü nəsil ("LTE") şəbəkəsinə qoşulmaq qabiliyyətinə malikdir, blokdan çıxarmaq və ya pul tranzaksiyalarının təsdiqi üçün barmaq izini tanıyır.

"Samsung Galaxy A8" (2016) smartfonu bu gündən Koreya bazarında satışa çıxarılıb.