XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2016 - 20:50

7 nəfərin öldüyü qəzada 2 yaşlıuşaq sağ qaldı

Rusiyanın Kemerovo şəhərində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza “Sibir” avtomobil magistral yolunda baş verib.

“Peugeot 308” və “KIA Rio” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomaşının sürücüsü və iki sərnişini, “KIA”-da isə 4 nəfər aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“KIA”-nın daha bir iki yaşlı sərnişini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.