XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2015 - 06:45

Dik Çeyni: “Obama ömrümboyu gördüyüm ən pis prezidentdir”

“O, ABŞ-ın kömür sənayesini darmadağın etmək üçün mümkün hər şeyi edir”

Дик Чейни: Барак Обама — худший президент за всю мою жизнь

ABŞ prezidenti Barak Obama idarəçilik dövründə müxtəlif ekspertlər tərəfindən dəfələrlə kəskin tənqidə məruz qalıb.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, onun ölkəni idarə etməyini effektsiz adlandırıb, həmçinin xarici siyasət sahəsindəki uğurlarını “0” kimi dəyərləndiriblər.

Bu dəfə Obama ABŞ-ın keçmiş dövlət katibi Dik çeyninin hücumuna məruz qalıb. O qeyd edib ki, Obama ömrüboyu gördüyü ən pis prezidentdir: “Mən əvvəllər Obamaya daha az tənqidi yanaşırdım, eks-prezident Cimmi Karterin hərəkətləri məndə anlaşılmazlıq doğururdu. Lakin Obamanın ölkəyə və millətə vurduğu ziyan Karterlə tutuşdurulsa, sözlərim təsdiqini tapar “.

çeyninin sözlərinə görə, Obamanın ölkənin energetik sahəsindəki “uğurları” ondan xəbər verir ki, o, ABŞ-ın kömür sənayesini darmadağın etmək üçün mümkün hər şeyi edir.

çeyni qeyd edib: “Barak Obama öz idarəçiliyi dövründə təkcə ABŞ-ı korlamayıb, onun fəaliyyətindən sonra Amerikanın növbəti prezidentlərinin imkanları əsaslı surətdə məhdudlaşacaq. ölkə ABŞ-ın gələcək prezidentlərinin aradan qaldırması üçün illər lazım gələsi bir yığın problemlə üzləşib”.

Xatırladaq ki, Dik çeyni prezident administrasiyalarında dəfələrlə işləməsiylə ad çıxardıb. çeyni Cerald Ford, böyük və kiçik Buşlarla çalışıb. 2001-2009-cu illərdə vitse-prezident postunu tutub.