XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2016 - 11:04

Ərdoğan:"Məsuliyyəti bizim üzərimizə qoymaq lazım deyil!"

"Oktyabr Türkiyə-Avropa Birliyi münasibətləri üçün önəmli aydır. Bu ay Türkiyə üçün vizasız rejim qüvvəyə minməlidir. Lakin hələlik görünən odur ki, Avropa Birliyi bizə verdiyi sözü tutmur".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, insan haqları və qanunun aliliyinə dair qoyulan kriteriyalara cavab vermək baxımından Ankaranın heç bir problemi yoxdur: "Biz o kriteriyalara Avropa Birliyinə görə yox, öz vətəndaşlarımızın yaxşı yaşaması üçün əməl edirik. Avropa Birliyinin Türkiyəni tamhüquqlu üzv kimi qəbul etməsi üçün heç bir maneə yoxdur. Biz buna hazırıq. Seçim onlarındır. Məsuliyyəti bizim üzərimizə qoymaq lazım deyil!".