XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 Oktyabr 2016 - 12:09

Futzal üzrə dünya çempionatı:qalib müəyyənləşdi

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Argentina və Rusiya yığmaları üz-üzə gəlib. Görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb – 5:4.

Bununla da Argentina tarixində ilk dəfə dünya çempionu olub. Rusiya isə 1996-cı ildə əldə etdiyi bürünc medalı "gümüş"ə çevirib.
Qeyd edək ki, bu dəfə bürünc medal İrana qismət olub.