XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Oktyabr 2016 - 12:47

Türkiyədə terror:1 əsgər şəhid olub, 5-i yaralanıb

Türkiyədə terror aktı baş verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb.

Məlumata görə, PKK terrorçuları rayonun Dağbaşı bölgəsində hərbçilərə hücum edib. Nəticədə 1 əsgər şəhid olub, 5-i yaralanıb.

Yaralı əsgərlər Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib. Bölgədə terrorçulara qarşı havadan dəstək verilən əməliyyat başlayıb.