XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2016 - 13:00

Bu qadın ABŞ tarixinə düşdü –11 Sentyabr

11

ABŞ-da 11 Sentyabr hadisələri zamanı ərini itirən Stefaniya Ross Desimon adlı qadın Səudiyyə Ərəbistanını məhkəməyə verib.

Bu, qanun layihəsi qəbul olunandan sonra Səudiyyə Ərəbistanına qarşı açılan ilk məhkəmə davasıdır.

Stefaniya Ross ərinin ölümündə Səudiyyə rəhbərliyini ittiham edir. Ross bu ölkənin Əl-Qaidəyə maddi dəstək verdiyini qeyd edib və “Əgər Səudiyyə Ərəbistanı maddi dəstək verməsəydi, Əl-Qaidə 11 Sentyabr hücumunu planlaşdırıb həyata keçirə bilməyəcəkdi”, – deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama 11 Sentyabrda həlak olan şəxslərin ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə  verməsini tanıyan qanun layihəsinə veto qoysa da, Konqres böyük üstünlüklə qanunu qəbul edilməsinə səs verib. (Axar.az)