XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Oktyabr 2016 - 14:28

Donald Trampdan Klintonla bağlı şok ifadələr:“Hillari Klinton ərinə xəyanət edir”

trump-3

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp birinci dəfə deyil ki, xanım rəqibinin ərinə sədaqətini şübhə altına alır.

Pensilvaniya ştatının Manheym şəhərində tərəfdarları qarşısında çıxışı zamanı Tramp belə bir gümn irəli sürüb ki, Hillari Klinton ərinə xəyanət edə bilər.

“Klinton yalnız öz sponsorlarına sadiqdir. Əgər düzünü bilmək istəsəniz, mən onun heç Billə də vəfalı olduğunu düşünmürəm. Yox, camaat, doğrudan da, axı o nəyə görə sədaqətli olmalıdır?” – Tramp gələcək seçicilərindən soruşub.

O həmçinin xatırladıb ki, əvvəllər Hillari Klintonun əri, ABŞ prezidenti Bill Klinton yalan danışmaqda ittiham edilmişdi və hətta buna görə Arkanzas ştatında vəkillik lisenziyasından da məhrum olunmuşdu. (Virtualaz)