XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2016 - 21:05

Türkiyə-Bolqarıstan gömrük-keçidində avtomobillərin hərəkətindəproblemlər yaranıb

Türkiyə ilə Bolqarıstan arasındakı “Kapıkule” gömrük-keçid məntəqəsində iritutumlu yük avtomobillərinin hərəkətində problemlər yaranıb.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyədən Bolqarıstana keçmək istəyən maşınların növbə uzunluğu 25 kilometrə çatıb. Ən azı 100 yük maşını keçid növbəsi gözləyir. Bildirilir ki, gömrük-keçid məntəqəsindəki sıxlıq Bolqarıstan tərəfinin ölkə ərazisinə qanunsuz keçidlərin qarşısını almaq üçün yoxlamaları gücləndirməsi səbəbindən yaranıb. Hazırda üç gündən bəri keçid üçün növbə gözləyən sürücülər var.

Qeyd edək ki, bu gömrük-keçid məntəqəsində oxşar vəziyyət cari ilin yayında da yaranmışdı(azərtac).