Misirdə baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
Sinay yarımadasının Əl-Əriş şəhərində dövlət enerji şirkətinə məxsus avtomobil minaya düşərək partlayıb.
Nəticədə 3 nəfər hadisə yerində, daha 1-i xəstəxanada ölüb. Partlayışın İŞİD terror qruplaşmasının tərəfindən törədildiyi ehtimal olunur. (APA)