XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 10:05

Macarıstanda qaçqınlar üzrə referendum keçirilib:Seçicilərin 50%-dən az hissəsi səs verib

m

Macarıstanın baş naziri Viktor Orban ölkəsində keçirilən referendumda Avropa İttifaqı ölkələri arasında miqrantlarla bağlı məcburi kvotanın bölünməsinin əleyhdarlarının qələbə qazandığını açıqlayıb.

Seçicilərin təxminən 98%-i Aİ-nin bloka üzvü olan ölkələrdə Yaxın Şərqdən olan 160 min miqrantı yerləşdirməklə bağlı istəyinə qarşı səs verib.

Qeyd edək ki, kvota üzrə Macarıstanın payına 1294 miqrant düşür.

V.Orban Aİ liderlərini bu referendumun nəticələrinə diqqət etməyə çağırıb.

Yeri gəlmişkən, referendumda seçici fəallığı tələb olunan minimum həddən – 50%-dən aşağı olub: səsvermə hüququ olan seçicilərin cəmi 43%-i səs verib.

Bu fakt müxalifətə referendumun nəticələrinin etibarsız sayılmasını tələb etməyə imkan yaradıb. Ancaq baş nazir səsvermənin nəticəsini həm siyasi baxımdan, həm də qanuni nöqteyi-nəzərdən müfəssəl hesab etdiyini deyib.

Macarıstan MSK-nın məlumatına görə, referendum baş tutmamış elan edilə bilər. Bununla bağlı qərar səslərin tam hissəsinin "emal edilməsindən" sonra veriləcək. (Report)