XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 16:02

Yazıçı Çexovun məktubu hərracda 3,6 milyon rubla satılıb

cexov

Böyük rus yazıçısı Anton Çexovun 23 yaşında olarkən yazdığı məktub “Litfond” satış evinin təşkil etdiyi hərracda 3,6 milyon rubla satılıb.

Vesti.ru saytını xəbər verir ki, həmin məktub Çexov tərəfindən hələ tanınmadığı və ilk kitabının çap edilməsindən bir il əvvəl yazılmışdı. Məktubun ünvanlandığı şəxs isə Çexov ailəsinin dostu Qavriil Kravtsov idi. Lotun start qiyməti 2,1 milyon rubl təşkil etsə də, hərracın gedişində onun qiyməti 3,6 milyon rubla yüksəlib.

Hərracda, həmçinin Anton Çexovun A.Çexonte təxəllüsü ilə 1884-cü ildə nəşr etdirdiyi “Melpomenanın nağılı. Altı hekayə” adlı ilk kitabı 1,8 milyon rubla alıcı tapıb.

Bir qədər əvvəl isə Mixail Bulqakovun məktubunun hərracda yarım milyon rubla satıldığı bildirilir.