XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 08:06

Yazıçılar Birliyində yeni sədr təyinatı olub
bitmap-img6
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Quba bölməsinə yeni sədr təyin edilib
Bu barədə Azvision.az-a AYB-dən məlumat verilib.
Məlumatda bildirilib ki, AYB-nin sədri, xalq yazıçısı Anar, Yazıçılar Birliyinin katibi çingiz Abdullayev, sədr müavini Nazim İbrahimov və “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlının iştirakı ilə Quba rayonunda geniş toplantı keçirilib.
Toplantıda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan AYB üzvləri də iştirak ediblər. Toplantını AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı açıb. Ramiz Qusarçaylı başqa bir işə keçməsi səbəbilə Quba bölməsinin sədrliyindən öz ərizəsilə istefa verib.
AYB katibiliyin qərarı ilə “Qobustan” jurnalının baş redaktoru, nasir, dramaturq, tərcüməçi Vaqif Əlixanlı Yazıçılar Birliyinin Quba bölməsinə yeni sədr təyin edilib. Vaqif Əlixanlıya şair Zakir Məmməd müavinlik edəcək.
Qeyd edək ki, Vaqif Ənvər oğlu Əlixanlı 1943-cü il oktyabrın 13-də Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR-sı Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb. 1976-cı ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib. 1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə “İncəsənət və Teatr” şöbəsinə baş redaktor, bir il keçmədənsə, Nazirliyin “Teatr və Konsert müəssisələri” idarəsinə rəis təyin olunub. 1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən AzTV-yə qayıdıb. Televiziyanın “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini icra edib.
Sonrakı illərdə “Space”, ABA, “Lider”, hətta qısa müddət ANS TV-də də baş redaktor vəzifəsində çalışıb. 2008-ci ildən indiyəcən Space TV-də Dublyaj redaksiyasında baş redaktorudur. Hazırda həm də Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktorudur