XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 21:19

Sumqayıtda Hüseyn Cavid günü

 

img-20161016-wa0041

Bu gün Sumqayıt şəhərində Əli Kərim adına poeziya evində Hüseyn Cavid ədəbi birliyinin növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, toplantı Əli Kərim adına poeziya evinin direktoru şair İbrahim İlyaslının nitqiylə açılıb.  

İbrahim İlyaslı ilk sözü Sumqayıt rayon icra hakimiyyətinin mədəniyyət və turizm şöbəsinin  sədri Mehman Şükürlüyə verib. O, çıxışında Hüseyn Cavidə həsr olunmuş tədbirin Əli Kərim adına poeziya evində keçirilməsini əlamətdar hadisə adlandırıb. Natiqin bildirdiyinə görə, Əli Kərim adına poeziya evinin Hüseyn Cavidin nəşinin öz vətəninə qaytarılmasında müstəsna rol oynayan Heydər Əliyev parkında yerləşməsi gözəl təsadüfdür: “Maraqlıdır ki, Hüseyn Cavidə həsr olunmuş toplantı bu poeziya evinin ilk ədəbi tədbiridir”.

Tədbir iştirakçılarına bu gözəl və anlamlı təşəbbüs üçün bir daha təşəkkürünü çatdıran M. Şükürlü belə yüksək səviyyəli toplantılara Sumqayıt mədəniyyət ocaqlarının hər zaman açıq olduğunu bildirib.

img-20161016-wa0038

M. Şükürlüdən sonradan söz H.Cavid ədəbi birliyinin sədri Kəmaləddin Qədimə verilib. Kəmaləddin Qədim Azərbaycan poeziyasında Hüseyn Cavidin oynadığı müstəsna roldan danışıb. O, həmçinin ədəbi birlik olaraq bu zamana qədər gördükləri işlər barədə Sumqayıt Cavidsevərlərini məlumatlandırıb.

 H. Cavidin nəşini Sibirdən gətirən nümayəndə heyətinin sədri Həmid Cəfərovun cıxışı da böyük maraqla dinlənilib.

Daha sonra tədbirdə çıxış edən şairlər Adilə Nəzər, Əsgər Veysəlli, Fərqanə Mehdiyeva, Nizami Muradoğlu, Aləm Kəngərli, Ofelya Babayeva, Nəriman Zeynalzadə, Elvin Əlizadə, Zirəddin Qafarlı, Məryəm Aslanqızı, Aləmzər  Sadıqqızı, Ələsgər Talıblı, Arzu Nehrəmli, Firudin Şahbuz, Kamil Məhərrəmoğlu, Etibar Qərib, Hüseyn Sözlü, Nadir Ayazoğlu, Şəhla Vahid və b. öz şeirlərini oxuyublar.

img-20161016-wa0039

Aktyor Nizaməddin Bağırov şairin şeirlərindən nümunələr səsləndirib.

Nəhayət, Telman Əliyevin H.Cavidə həsr etdiyi mahnıyla toplantı sona çatib.

img-20161016-wa0042