XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 October 2016 - 10:52

Ədəbiyyat institutundaHüseyn Cavid günü

 

a1

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunda Hüseyn Cavidə həsr edilmiş konfrans keçirilib.

Starteq.az xəbər verir ki, konfrans millət vəkili, akademik İsa Həbibbəylinin nitqiylə açıq elan olunub.

Daha sonra akademik Teymur Kərimli, Hüseyn Cavid ev muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, Hüseyn Cavid ədəbi birliyinin sədri, şair Kəmaləddin Qədim, Folklor institutunun direktoru Muxtar Kazımoğlu, filoloğiya üzrə fəlsəfə doktoru, şair Nizami Muradoğlu çıxış ediblər.

Məruzəçilər Hüseyn Cavid yaradıcılığının xüsusiyyətlərindən danışıb, keçirilən konfransın Müstəqillik Gününə düşməsini xoş bir təsadüf olduğunu vurğulayıblar. Ötən əsrin 20-çi illərindən etibarən görkəmli ədiblərimizin, o cümlədən Hüseyn Cavidin bütün təhlükələrə baxmayaraq, milli-azadlıq ideyalarını əsərlərində necə əks etdirdikləri də  məruzəçilərin üzərində dayandıqları əsas mövzu olub.

Konfrans işini bu gün Hüseyn Cavidin ev müzeyində davam etdirəcək.

a6

a5

a

a2

a3