XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 23:09

“Hüseyn Cavid ədəbi məclisi” növbəti dəfə toplaşdı –FOTOlar

img-20161020-wa0004

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Hüseyn Cavid ədəbi məclisinin növbəti toplantısı keçirilib.

Strateq.az xəbər verir ki, toplantıda Hüseyn Cavid ədəbi irsiylə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair-yazıçı Nizami Muradoğlunun görkəmli ədibə həsr etdiyi mənzum dramı da müzakirə olunub.

Tədbiri giriş sözü ilə Məclisin sədri şair Kəmaləddin Qədim açıb. O, "Hüseyn Cavid Ədəbi Məclisi"nin oktyabr ayındakı fəaliyyətini, uğurlarını qeyd edib və keçirilən tədbirlər haqqında qısa məlumat verib.

Tədbirdə bir sıra alimlər, tədqiqatçılar, yazarlar və media nümayəndələri iştirak ediblər.

AMEA-nın Folklor İnstitutunun direktoru, folklorşünas alim Muxtar İmanov çıxışı zamanı 30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi sayılan, Azərbaycanın yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnən repressiyanın Azərbaycan ədəbi mühitinə vurduğu yaralardan danışıb. O, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və başqa Azərbaycan ziyalılarının ədəbi irsini təbliğ edən bütün əsərlərin, o cümlədən müzakirəyə təqdim olunan bu mənzum dramın da təqdirəlayiq olduğunu vurğulayıb. 

Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı isə Hüseyn Cavidin zəngin irsinin təbliği və tədqiqi barədə son illərdə gördükləri işlər barədə danışıb.

Daha sonra kitabın müzakirəsi keçirilib. Tədbir iştirakçılarından Seyfədddin Rzasoy, Adilə Nəzər, Oktay Rza, Allahverdi Məmmədli, Akif Azalp, Binnət Əsgər, Balayar Sadiq, Ağaverdi Xəlil, Aləm Kəngərli, Nəriman Zeynalzadə, Kamil Məhərrəmoğlu, Aləmzər Sadiqqızı, Mərcan Şahbuzlu, Fərqanə Mehdiyeva müzakirəyə qoşulublar. 

Çıxışlardan sonra əsərin müəllifi Nizami Muradoğlu əsər haqqında suallara cavab verib və əsərdən parçalar oxuyub. N.Muradoğlu tədbirin təşkilatçılarına, iştirak edən qonaqlara təşəkkür edib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

cavid-4

img-20161020-wa0011

img-20161020-wa0007

cavid-5

img-20161020-wa0009