XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2016 - 02:06

Gəncədə yazıçılarla görüş keçiriləcək –"Kitabevim.az" mağazasında

shemil-gence

Noyabrın 5-də Gəncədəki "Kitabevim.az" kitab mağazasında yazıçılarla oxucuların görüşü keçiriləcək.

Bu barədə Strateq.az-a Hədəf Nəşrlərinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə yazıçılar İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq XAN və Varis Yolçiyevin imza mərasimi keçiriləcək. Həmçinin Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhhəbət romanının ilk təqdimatı olacaq.

Görüş günü "Kitabevim.az"da müəlliflərin kitabı endirimdə olacaq. Görüşdə iştirak sərbəstdir. Tədbir saat 14:00-da başlayacaq.

Ünvan: Gəncə şəhəri, Kitabevi (Bayraq Meydanı, Gəncə Çay park bulvarı)

Əlaqə: 070 497 24 44