XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 23:13

“Baba Pünhan kimi” –Səsli şeir

 

baba

 

Bu gün Azərbaycanın son dönəm ədəbiyyatına damğasını vurmuş Baba Pünhanın doğum günüdür.

1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açan və əsl adı Atababa Mədətzadə olan şair 55 il yaşadı. Bir insan ömrü baxımından olduqca qısa sayılan bu müddət ərzində Baba Pünhan ədəbiyyatsevərlərin zehnində silinməz izlər salaraq Haqq dünyasına qovuşdu.

Onun ölümündən 12 il vaxt keçib. Bu 12 il ərzində ən yüksək dövlət mükafatları alan bir çox şairlər, yazıçılar da son mənzilə yola salınıblar. Əksəriyyətindən isə geriyə sadəcə adları, titulları qalıb. Heç bir rəsmi mükafata layiq görülməyən Baba Pünhanın isə adı, sözü, şeirləri yaşayır və yəqin ki, uzun müddət də yaşayacaq.

Özü yaşamasa da, Baba Pünhanın müəllimliyi hələ də davam edir. Hazırda yaşayıb-yaradan şairlər arasında onun açıdığı çığırla gedənlər də çoxdur, ustadına şeir ithaf edənlər də. Kərbəlayi Rüstəm Sahib Günəşli də Babanı tərənnüm edən davamçılarındandır.

 Onun diqqətinizə təqdim etdiyimiz aşağıdakı şeiri ustadı məzhəbçi dünyagörüş baxımından əks etdirməsinə, Baba Pünhanın isə bütün xalqımızın ortaq dəyəri olmasına və dini motivlərdən daha çox, sosial problemləri gündəmə gətirməsinə baxmayaraq,  maraqlı alınıb və şairə duyulan məhəbbəti ortaya qoyur.

Biz də bu nüansları nəzərə alıb şeiri Strateq.az oxucuları ilə paylaşırıq: