Xalidə Abdullayeva: 1978 ildə Sumqayıt şəhərində anadan olub.
Kimya-texnologya texnikumunu müvəffəqiyyətlə bitirib.
6-ci sinifdən şer yazmaga başlayib. İlk şeirləri “Mədəniyyət” qəzetində və “Bənövşə” poeziya jurnalinda cap olub.
“Kaş ki, uşaq olaydım”, “Sən unut demişdin, mən unutmadım” kitablarının müəllifidir.
Hal-hazirda İranda yasayir.
Şairənin şeirlərini Strateq.az oxucularına təqdim edirik:
Kaş ki, uşaq olaydım
Kaş ki, uşaq olaydım,
Qayıdaydım o ana,
Məni danlamağınçün
Darıxmışam, ay ana.
Kaş ki, uşaq olaydım ,
Böyüməzdim hec zaman,
Arzulara catmaqçün
Həyat vermədi aman.
Kaş ki, uşaq olaydım,
Yenə anam yanımda,
Basım dizi üstündə
Xəyallara dalaydım.
Kaş ki, uşaq olaydım,
Qaçıb-qaçıb yıxılıb,
Yenə qayıdıb evə,
Anama sarılaydım.
O öpəydi yaramı,
Üzümü danlayaydı,
Hamıdan gözəl məni,
Bir anam anlayaydı…
Kaş ki, usaq olaydım,
İndiki tək govrulub ,
Yanmayaydı ürəyim,
Olaydı dərdim danlaq,
Bir də suyum-cörəyim..
Kaş ki, uşaq olaydım,
Qırılan ürəyim yox ,
Gəlinciyim olaydi,
Gözümə ayrılıq yox,
Sevinc yaşı dolaydı.
Bilirəm, mumkün deyil
Qayıtmaq həmin ana,
Eh, nə xəyallar qurdum ,
Bagışla, məni ana.
Həsrət
Bilirəm, yol uzaqdır,
Araya bir cay düşüb.
Mənim də qismətimə
Ayrılıqdan pay düşüb.
Mən alışa bilmirəm,
qürbətin ocagına,
Həsrətəm ki, anamın
Sığınam qucagına.
Mən həsrət duyğusunu
Uşaq ikən duymuşam,
Bu həsrətlə yaşayıb
Qurbətdən yorulmuşam
Bəlkə bir gün qovuşduq
Deyə-deyə durmuşam,
Boş yerə nə umqdlər,
Nə xəyallar qurmuşam.
Heç bildin ki, nə cəkdim
Mən bu qurbət ocaqda?
Sıxılıb oturmuşam,
Yetim tək bir bucaqda
Cavan omrüm beləcə
Qurbətdə kecir hədər.
Mən kədərdən doymuşam,
Məndən doymayır kədər.
Bir həsrət yolcusuyam,
Qismətimlə barışdım.
Mən vətənə, anama
Bəlkə bir gün qovuşdum.