XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

22 Mart 2015 - 18:52

AYB-nin bölmə sədrindən icra başçısına qınaq gəldi

“Salyan Rayon İcra Hakimiyyətinin başçısı ədəbiyyata ögey münasibət bəsləyir”.

Bu sözləri AYB-nin Muğan Bölməsinin sədri şair Namiq Hacıheydərli bölmənin fəaliyyəti ilə bağlı danışarkən deyib.

“AYB-nin Muğan Bölməsi ən fəal bölmələrdən biridir. Muğan Bölməsinin yaranması ilə əvvəla indiyə qədər ədəbi ictiamiyyətə adı bəlli olmayan bir neçə şairin yaradıcılığı üzə çıxarıldı, ikinci, bir zamanlar ədəbi mühitdə olub sonra uzun zaman görünməyən bir neçə qələm adamı yenidən ədəbiyyata qaytarıldı, üçüncü, bölgədə yaşayan istedadlı gənclər üzə çıxarıldı, ilk dəfə ədəbi mühitə təqdim olundu və bu proses bu gün də davam etməkdədi, dördüncü, ilk dəfə olaraq, Muğan bölgəsində yaşayan 60 qələm adamının yaradıcılığından örnəkləri özündə cəmləyən toplu çap olundu. Bu sıralamanı artırmaq da olar. Muğan bölməsi 2008-ci ildə Anar müəllimin iştirakı ilə Salyanda təsis olunub. 2009-cu ilin ədəbi yekunlarına görə AYB-nin Natəvan klubunda keçirilən toplantıda “İlin ən fəal AYB bölməsi” nominasiyasının qalibi oldu. Salyanda, Neftçalada, Şirvanda iyirmiyə qədər tədbir keçirmişəm. Lakin son zamanlar bölmənin işində ləngimə var. Bu haqda mətbuatda bir neçə dəfə geniş danışmışam. Salyan Rayon İcra Hakimiyyətinin başçısı ədəbiyyata ögey münasibət bəsləyir. Təbii olaraq, bu da Muğan bölməsinin fəaliyyətinə mənfi təsirini göstərir. Ədəbiyyata olan bu münasibəti dəfələrlə mətbuat üzərindən qınasam da, hələ ki, müsbət dəyişikliyin şahidi olmamışıq. Ancaq bu o demək deyil ki, bölmə heç bir iş görmür. Bölmənin rəhbəri olaraq Muğanda yaşayan qələm adamlarının əksəriyyəti ilə fəal əlaqə saxlayıram, vaxtaşırı səfərlər edirəm. Onu da deyim ki, hal-hazırda Muğan torpağındayam və bir sıra qələm adamları ilə hər gün görüşlər keçirirəm. Hesab edirəm ki, AYB-nin Muğan bölməsi mövcud imkanlar daxilində nə etmək mümkündürsə, onu edir”.

Xatırladaq ki, bir müddət əvvəl AYB-nin Qarabağ bölməsinin sədri Ənvər Əhməd də bölmədə çatışmazlıqların olduğunu bildirmişdi.

Axar.az