XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 21:53

Brejnevin gündəliyi nəşr olunub –Kitabı Narışkin təqdim edib

nariskin-duma

Rusiya Tarixi Cəmiyyətinin sədri Sergey Narışkin Moskvada "L.İ.Brejnev. İşçi və gündəlik qeydlər" üçcildliyini təqdim edib.

Strateq.az xəbər verir ki, təqdimat mərasimində S.Narışkin deyib:

"Sənədlərin bir çoxu ilk dəfə nəşr olunur. Brejnevin şəxsi gündəliyi isə bu nəşri həqiqətən unikal edir. Bildiyimə görə, Brejnev istisna olmaqla, sovet liderlərinin heç birinin şəxsi gündəliyi olmayıb".

Üçcildliyin hazırlanmasında Rusiya Tarixi Cəmiyyəti ilə birlikdə Federal Arxiv Agentliyi, Rusiya Federasiyası Prezidentinin Arxivi, Rusiya Dövlət Müasir Tarix Arxivi və Almaniya Tarix İnstitutu iştirak edib.

M.Rzasoy