XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2017 - 11:56

Tariximizin ağrıları: “Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis!” –Hüseyn Caviddən İblisin monoloqu

huseyn_cavid

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!

Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,

Hər qülbədə, kaşanədə, viranədə İblis!

Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis!

Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,

Hər kəs bana aciz qul ikən, bəslər ədavət,

Lakin bəni təhqir edən, ey əbləhü miskin!

Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,

Daim ayaq altında sönüb məhv olacaqsın.

Bənsiz də, əmin ol sizə rəhbərlik edən var:

Qan püskürən, atəş savuran kinli krallar,

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,

Altın və qadın düşkünü divanə bəbəklər.

Bin hiylə quran tilki siyasilər, o hər an

Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,

Onlar duruyorkən bəni təhqirə nə hacət?!

Onlar, əvət onlar sizi çignətməyə kafi,

Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…

Bən tərk edərim sizləri əl’an, nəmə lazim!

Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.

İblis nədir? – Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir? – İblis!..