XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 12:16

Şair Camal Yusifzadə 75 yaşında vəfat edib

camal

Şair Camal Yusifzadə vəfat edib.

Ailəsindən verilən məlumata görə, Camal Yusifzadə yanvarın 16-da ürək tutmasından dünyasını dəyişib. Şair sabah Lənkəranda dəfn olunacaq. (APA)

 Qeyd edək ki, Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb (1960-1965).

 Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub.

 Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

  1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışırdı. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub