XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 23:21

“Baba ocağı” romanı:Əylisin tarixi ilə bağlı tarixi faktların bədii inikası

nizami

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Folklor İnstitutunun azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlunun “Baba ocağı” romanının təqdimat mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov N.Muradoğlunun yeni romanında baş verən hadisələrin XX əsrin əvvəllərində, erməni təcavüzünün tüğyan etdiyi illərdə, əsasən Ordubad rayonunun Əylis kəndində cərəyan etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, müəllif romanda dövrün ziddiyyətli hadisələrini, ermənilərin iç üzünü, mənəvi puçluğunu realist boyalarla, təsirli həyat səhnələri ilə təsvir etməyə çalışıb.

Nizami adına Ədəbiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Məmməd Əliyev kitabın məziyyətindən danışıb, tariximizlə bağlı həqiqətlərin təbliği baxımından əsərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, tarixi roman janrında yazılan bu əsər epik növün bütün tələblərinə tam cavab verir. Əsərin baş qəhrəmanı Əylis və əylislilərdir. “Baba ocağı” romanı əylislilərin yaddaşında bu gün də yaşayan, nəsildən-nəslə keçən hadisələr əsasında yazılıb. M.Əliyev vurğulayıb ki, əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya qoyulur. Əylisin tarixi ilə bağlı bir çox mənbələrdə rast gəldiyimiz faktlar yüksək bədiiliklə ermənilərin bu torpaqlara gəlmə olduğunu bir daha sübut edir.

baba o

Tədbirdə digər çıxış edənlər ictimaiyyətə təqdim olunan əsərin tarixi əhəmiyyətindən danışıb, N.Muradoğlunun yaradıcılığında “Baba ocağı” romanının xüsusi yer tutduğunu söyləyiblər.

Sonda N.Muradoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.