XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 12:44

Şair Əli Rza Xələflinin “Üzü Qarabağa…” adlı yeni kitabı çap olunub

KITAB UZU

Şair –publisist Əli Rza Xələflinin  “Üzü Qarabağa…” adlı yeni kitabı çap olunub. 

Şairin yeni kitabına 2016-cı ildə yazıdığı şeirləri, qəsidələri, bayatıları, dördlükləri, eləcə də bir sıra poemaları daxil edilib. Kitab bütövlükdə dövrün poetik mənzərəsi təsirini bağışlayır. Bütün kitab boyu həssas, düşündürücü, vətən yanğılı lirika oxucunu öz cazibəsində saxlayır.

“Üzü Qarabağa…” kitabına ön sözü filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli yazıb. Rəyçi isə şair, əməkdar incəsənər xadimi Barat Vüsaldır.

 Əli Rza Xələfli 1953-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntəzəm çap olunur. 2002-ci ildə “Qızıl qələm” medalı mükafatına, 2003-cü ildə “Məmməd Araz”ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun “Qılınc və qələm” yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb. 2010-cu ildə Prezident təqaüdçüsü olub.