XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 Mart 2015 - 10:03

Tanınmış yazıçı Azad Qaradərəlidən ədəbiyyata yeni baxış

Yeni naturalizmə doğru

Картинки по запросу azad qaradərəli

Mən qırx ildir yazıram. Elə vaxt olub ki, yazmağa imkanım olmayıb – kənddə yaşayanda o ki var fiziki iş görürdüm (böyük təsərrüfatım vardı) və yazmağa, sadəcə taqətim olmurdu, onda düşünür, düşünürdüm… Elə ki, boş vaxt tapdım, qələmə sarılır, hekayələrimi yazırdım. Hələlik hekayələrimi. Ondan ki, kənddə hekayədən o tərəfə getməyə güc qalmırdı. Mən axı həm də məktəb rəhbəriydim və bir rayonun tanınmış maarif işçisi kimi həm məktəbimin problemləri ilə ilgilənir, həm də rayon maarif şöbəsinin (o vaxt belə adlanırdı) tədbirlərinə qatılırdım. Yəni yazıçılıqla mütəmadi məşğul ola bilmirdim… amma məşğul olurdum…

Zorən bakılı olandan sonra (ermənilər rayonumuzu işğal etdikdən sonra) ailə problemlərindən qurtulan kimi qələmə sarılırdım. Radiodakı işim yazıçılığıma həm mane olurdu, həm də kömək edirdi. Uşaq şöbəsində işləməyim mənə həyatın ilkini, təbiiliyini yaxşı öyrənməyə kömək etdi. Anladım ki, insan doğallığı elə uşaqdadır. İnsan uşaqlığından ayrılan kimi rəsmiyyətçi, əzazil, antihumanist olur…

Sonra bir komitəyə işə çağırdılar və oradakı qısqılara (bu qısqılar yazıçı üçün intihara bərabərdir!) dözməyib istefa etdim. (“Etdirildim” daha düzgün olardı).

…Və elə o vaxtdan mənim başımın üstündə domokl qılıncı yox. Sakitcə əyləşib əsərlərimi yazıram. Hərdən sifarişlər olmasa (bu yalnız qonorar üçün re
daktələr, hərdən köşə yazıları və kiçik tərcümələr səviyyəsində olur) demək olar ki, mənə heç kim mane olmur – yalnız bədii yaradıcılıqla məşğulam… Yazdıqca və ətrafı müşahidə etdikcə bəzi qənaətlərə gəlmişəm. Onları sizinlə bölüşürəm.

Son illərdə, bəlkə də, lap əvvəldən bədii yazılarımda – hekayə və romanlarımda bir xətt olub: ədəbi naturalizm. Yəni həm təbiətdə, həm cəmiyyətdə və eləcə də onların hər ikisinin güzgüsü olan ədəbiyyatda naturalizmin tərəfdarı olmuşam. Nədir bu?

1.Təbiətin get-gedə saxtalaşdırılması: nanotexnologiyaların tətbiqi ilə saxta ərzaq və qeyri ərzaq məhsullarının – GEMO-ların yaranması və onların insanlığa mənfi təsirləri;

2.Cəmiyyətin özəyi olan insanın özünün özünü saxtalaşdırması: klonlaşdırma, süni mayalanma, süni insan və bunların sonucu kimi süni düşüncə, süni dünyabaxış;

3.Ən nəhayət, bunların ədəbiyyatda təcəssümü: süni və saxta ədəbiyyat!

4.Mən bütün bunlara qarşıyam və XIX əsrdə meydana gəlmiş naturalizm cərəyanının dəyişən forması – YENİ NATURALİZM əsasında yeni ədəbi baxışlar sistemini özümə daha yaxın hesab edirəm. (Baxmayaraq ki, əsərlərimdə, xüsusən “Şəhərcik” romanımda bu, geniş verilib, mən bu konsepsiyanın elmi tərəfini də hazırlamaq fikrindəyəm.)

Əlbəttə, söhbət XIX əsrdə yaranmış naturalizm cərəyanından getmir. Düzdür, bu cərəyan dünya ədəbiyyatına Q.Flober, E.Zolya, G.Mopassan, K.Hamsun kimi sənətkarlar verib, amma mənim söhbət açdığım YENİ NATURALİZM Emil Zolyanın işləyib hazırladığı naturalizmlə yalnız ad baxımdan səsləşir. Yəni bunları bir-nirinə qatmaq lazım deyil.

Bu barədə ayrıca məqaləm olacaq…

Mövlana demişdi: “Ya göründüyün kimi ol, ya olduğun kimi görün”. Hələ ki, olduğumuz kimi görünə bilmirik, bəs göründüyümüz kimi varıqmı?