XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 01:58

Erməni xislətinə daha bir nümunə – “Qrakan Adrbecan” jurnalı

Aslan Kənan,

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin şöbə müdiri, tədqiqatçı

Arxivdə Yazıçılar Birliyinin sənədlərini araşdırarkən, erməni xislətini açan marqlı bir fakt diqqətimi çəkdi. Məlum oldu ki, bu ittifaqın orqanı olmuş ermənicə çıxan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) ədəbi-bədii, nəzəri-tənqidi jurnalı iki aydan bir 10 (on) müəllif vərəqi həcmində dərc edilirmiş. 1932-ci ildən fəaliyyətə başlayan, yarım əsrlik yol keçən bu jurnalın əsas məqsədi Azərbaycan ədəbiyyatının təbliğinə, ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət etmək olub.

Bundan başqa, jurnal vaxtilə respublikamızda sığınacaq verdiyimiz erməniləri İrəvanda məskunlaşmış ermənilərə tanıtmalıymış. Bu sahədə jurnal respublikamızda fəaliyyət göstərən erməni yazıçılarının ilk yaradıcılıq tribunası və dayaq nöqtəsi olub.

“Qrakan Adrbecan”ın dolğun, məzmunlu, müasir dövrün tələblərinə cavab verən, zəngin və maraqlı nəşr edilməsi üçün o vaxt respublikamızda geniş imkanlar da yaradılıb.

Ancaq şübhəsiz ki, jurnal, ilk növbədə, Azərbaycan yazıçılarının ən yaxşı əsərlərini erməni oxucularına təqdim etməli idi. Jurnal Azərbaycan ədəbiyyatını erməni dilində oxuculara çatdırmaq məqsədilə təşkil olunduğu üçün onun səhifələrində Azərbaycan yazıçılarına daha artıq yer ayrılmalı idi. Ancaq gəlin görək, bu sadaladığımız məqsədlərə çatmaq üçün jurnal fəaliyyəti dövründə hansı işlər görüb?

1983-cü ilin ikinci sayında – mart, aprel ayları olduğuna görə, Novruz bayramı və o dövrdə dəbdə olan Sovet Azərbaycanının 63 illiyi münasibəti ilə baş məqalə tarixi hadisələrlə bağlı materiallara həsr olunmalı idi. Lakin jurnalda bunun tam əksinə olaraq, erməni redaktorun zəif bir “əsər”i çap olunub.

Sual olunur: 96 səhifəlik bir jurnalın 41 səhifəsini petitlə (kiçik mətbəə şrifti) əhatə edən bu “əsər”i dərc etməkdə məqsəd nə idi?

Jurnalın baş redaktoru Vladimir Abramyanın “Yoxuş” “əsər”ində, açıq-aşkar yazılmasa da, təsvirlərdən bilmək olar ki, hadisələr Bakıda cərəyan edir. “Əsər”in qəhrəmanı jurnalist Vartan istər redaksiyada, istərsə də şəhərdə, hətta kirayənişin olduğu yerlərdə “bədxah” adamlarla əhatə olunub. Görünür, elə ona görə də jurnalistin ilk dəfə şəhərə gələn arvadı camaatdan ehtiyat edir, qorxur. “Yazıçı”nın təsviri ilə desək: “… ilk dəfə şəhərin səkisinə ayağını qoymuş arvad nənəmin şalına bürələdiyi balasını qoynuna elə sıxmışdı ki, elə bil, bu yad adamlardan biri uşağı onun əlindən qaçıracaqdı.”

Yazıda jurnalist Bakıda, Göy-göldə, Moskvada, hətta Qazaxıstanda ancaq erməniyə təsadüf edir. “Yazıçı”nın Qazaxıstan şəhəri kimi qələmə verdiyi Türkmənistanın Bayraməli şəhərində rastlaşdığı qazaxlar da başlarında ağ çalma, stansiya divarının dibində bardaş qurub yeni gəlmiş jurnalistə gözlərini dikiblər. Onun rastlaşdığı vəzifə sahibi də yalnız ermənidir.

Müəllif “əsər”də Azərbaycanın məşhur “Göy-göl”ünü “Qabuyd lic”, gölün ətrafındakı çeşməni də “Haykaz bulağı” adlandırıb. Qəribə burasıdır ki, V.Abramyan əxlaqsız hərəkətlərinə görə (hərçənd ki, bu millət üçün adi bir haldır) Abşeron Xalq Məhkəməsinin qərarı ilə işdən qovulan Alina Vartanyan adlı fahişənin cızma-qaralarını Ermənistan Yazıçılar İttifaqının orqanı olan “Sovetakan qrakanutyun” jurnalına təqdim edib, orada çapına nail olub.

Jurnal başqa bir dələduz “şair”in 1915-ci il “aprel qırğını abidəsi”nə həsr edilmiş “Qaranquş yuvası” yazısını da çap etməkdən həya etməyib. Həmin müəllifin “Yazıçı” nəşriyyatında çap edilən kitablarında millətçilik əhval-ruhiyyəsi tam şəkildə özünü göstərir. Həmin müəllifin sətiraltı demək istədiyi fikirlərə diqqət edək:

“Sənə baxanda qoy məni hiss etsinlər,

Mənə baxanda səni.

Mən və sən bir bütövük,

İki hissəyə bölünmüşük…”

İlk baxışda şeirdə güman etmək olar ki, lirik qəhrəman sevgilisinin, doğma ocağının həsrətindədir. Lakin kimsə onlara qarşı rəhimsizlik etmiş, onları ayırmışdı. Diqqətlə oxuyanda, sonrakı hadisələr göstərir ki, bu məkrli niyyət hər bir zaman onların qara qəlbini deşib. Burada müəllif Yuxarı Qarabağı İrəvanla birləşdirmək iddiasında idi, lirik qəhrəman o vaxtdan torpaq xülyası ilə yaşayırmış…

Jurnal Azərbaycan yazıçılarının əsərlərini çox vaxt Ermənistan mətbuatında çap olunduqdan sonra dərc edirdi. Bu da onu göstərir ki, redaktor respublikanın əlaqədar təşkilatları ilə hesablaşmamış, yalnız İrəvandan gələn “səslər”ə cavab vermişdi.

Jurnalın 1984-cü ildə çıxmış 6-cı sayını nəzərdən keçirdikdə məlum olur ki, bizim əlaqədar təşkilatların maymaqlığından istifadə edən redaktor İrəvandan verilən tapşırıqların öhtəsindən məharətlə gəlib. Fikrimizin aydın olması üçün aşağıdakı rəqəmlərə diqqət edək:

90 səhifə X 6 sayı = 540 səhifə

Bu 540 səhifənin, təxminən, 220 səhifəsi azərbaycanlı yazıçılara, 300 səhifə isə erməni müəlliflərinə ayrılmışdı. İl ərzində isə jurnalda, təqribən, 150 müəllif, o cümlədən 58 azərbaycanlı, 88 erməni müəllifin imzası var. 1984-cü ildə jurnal səhifələrində Azərbaycan şairlərinin heç bir poemasına yer verilməyib. Dərc edilən də redaktor tərəfindən düşünülmüş şəkildə seçilmiş zəif və ortabab şeirlərdir.

çox maraqlıdır ki, jurnalın bu sayları barədə etiraz bildirən ziyalılarımızdan fərqli olaraq, tarix elmləri doktoru, professor Həmid Əliyevin yazısı insanda ikrah hissi doğurur.

Həmid Əliyevin yazısında jurnal haqqında yüksək fikirlər deməsi məni heyrətə gətirdi. Belə qüsurlu, millətimizə, elmimizə ziyan vuran jurnala nə qədər mədhiyyələr deyərlər?! çox təəssüf! Bu cür “ziyalılarımızın” “ört-basdır” siyasətinin nəticəsidir ki, xalq hər zaman nankor qonşuların namərd hərəkətlərinin qurbanına çevrilib.