XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 20:55

“Hay ver mənə, cənab leytenant” adlı kitab çapdan çıxıb –FOTO

Aprel döyüşlərinin ildönümü ərəfəsində AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabı işıq üzü görüb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, “Çaşıoğlu” nəşriyyatında çapdan çıxmış kitab ötən il aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz, baş leytenant Əbu Bəkr İsmayılovun çox qısa, lakin mənalı həyat və döyüş yolundan bəhs edir. 

Kitaba igid qəhrəman haqqında mətbuatda dərc olunmuş məqalə və şeirlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilib.

Şəhidlik zirvəsinin təcəssümü olan bu kitabın nəşrində məqsəd Vətən uğrunda canından keçənlərin xatirələrini əbədiləşdirmək və gənc nəslə hərbi vətənpərvərlik ruhunu aşılamaqdır.