XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 17:44

Prezident özünə və həyat yoldaşına həsr edilmiş daha bir kitabı qadağan etdi –FOTOLAR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünü Osmanlı tarixinin tədqiqatçısı kimi təqdim edən Edip Dede Yağmurlunun ona həsr etdiyi şeirlər kitabının yığışdırılmasını tapşırıb. 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Ərdoğan kitabda etiqad və mədəni dəyərlərə uyğun olmayan ifadələrin olmasını əsas gətirərək vəkili Hüseyn Aydın vasitəsi ilə mətbəəyə məktub göndərib və bu kitabın satışa buraxılmamasını tələb edib.

Kitabdakı bəzi şeirlərdə Ərdoğana hədsiz təriflər edilib,

Fətullah Gülən isə “Pensilvaniyada gizlənmiş siçovul” adlandırılıb. Kitabda Türkiyənin kəşfiyyat qurumunun rəhbəri Hakan Fidan, Türkiyənin birinci xanımı Əminə Ərdoğana həsr edilmiş şeirlər də yer alıb.

Xəbərdə o da bildirilir ki, bu kitab müəllifin birinci kitabıdır, ona görə də onu ölkədə çox az adam tanıyır.

43ad02290eb51c0e3297e6a93444221d0128ed41f1527a51d7f90748d8a01d3b452a493604afa3020765ab2902d38bf7ab2949fe3a8d88f651741875c42201a3