XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 18:38

“Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb –Açıqlama + FOTO

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlər Universitetinin müəllimi Fizzə Quliyevanın müəllifi olduqları "Naxçıvanın tarixi abidələri” adlı dərslik işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, "Naxçıvan” Universiteti Elmi şurasının qərarı ilə nəşr olunan dərslikdə e.ə. VII minillikdən başlayaraq Naxçıvanda yaranan qədim yaşayış yerləri və memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb. 

Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 6 dekabr 2005-ci il tarixli "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında 2006-2007, 2006-2012, 2008-2012, 2013-2016-cı illərdə beynəlxalq ekspedisiyaların da qoşulduğu arxeoloji araşdırmalar zamanı aşkar olunan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi bu mədəniyyətin mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilir. Tədqiqatların nəticələri göstərir ki, Naxçıvanın Kür-Araz mədəniyyətinin formalaşdığı əsas regionlardan biridir.

Tədqiqatçılar, müəllimlər, universitet tələbələri üçün nəzərdə tutulan, giriş, altı fəsil və nəticədən ibarət olan dərslikdə Naxçıvanın qədim abidələri, o cümlədən Orta əsr tarix-memarlıq abidələri ətraflı şəkildə işıqlandırılıb.

Yeni nəşrdə verilən məlumatlar Naxçıvanın qədim abidələrinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Dərsliyin nəşr edilməsi heç şübhəsiz ki, qədim tariximizi daha dərindən öyrənmək istəyənlərə dəyərli bir töhfədir.