XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 14:36

Milli Kitabxanadan ixtisar xəbərinə reaksiya:"Bir nəfəri də işsiz qoymuruq..."

"Bir-birini təkrar edən, köhnədən qalan strukturlar ləğv oluna bilər. Bu, günün tələbidir. Fakt ondan ibarətdir ki, biz Milli Kitabxanada bir nəfər əməkdaşı da işsiz qoymuruq, heç kim işdən çıxarılmır. Bütün bunlar bizə atılan böhtandır”.

Bunu  Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov deyib.

Onun sözlərinə görə, kitabxanada beş şöbə ləğv olunaraq, onların yerində iki böyük şöbə yaradılıb: 

"Məsələnin mahiyyəti bundan ibarətdir ki, günün tələbi bizi islahatlar aparmağa, yeniliklər etməyə vadar edir. Şöbələr ləğv olunanda ola bilər, kiminsə vəzifəsi aşağı düşsün. Məsələn, şöbə müdiri bölmə müdiri ola bilər. Amma bir nəfəri də işsiz qoymuruq, ixtisara salmırıq. Heç kim deyə bilməz ki, mən ixtisara düşdüm. Biz bu prosesə altı-yeddi aydır hazırlaşırdıq”.

K. Tahirov əlavə edib ki, işçilər məzuniyyətə məcburi yox, könüllü göndərilir: "Bizim əməkhaqqı fondunda kiçik çatışmazlıq var. Bu xırda problemdir, iyul ayında həllini tapacaq. Kim öz hesabına məzuniyyətə getmək istəmirsə, işini davam etdirir. Əvvəllər öz hesabına məzuniyyət vermirdik, indi təklif etdik ki, kim istəsə 5-10 gün məzuniyyət götürə bilər. Bir də təkrar edirəm ki, bu məcburi yox, könüllüdür”. 

Qeyd edək ki, KİV-də Milli Kitabxanada ixtisarların aparılması haqqında məlumatlar yayılıb.

APA