XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 21:24

Kəlbəcərin işğalına həsr olunmuş şeir – “Oğul Ata adlı girovdan keçir…”
Kəlbəcərin işğalından 22 il ötdü… Moderator.az gənc şair Səxavət Kəlbəcərlinin bu işğala yenicə həsr etdiyi şeiri yayınlayıb. Strateq.az oxucularına da şeiri təqdim edirik:
ZƏRİ TAPDALANIB AZƏARBAYCANIN
Bu gün Kəlbəcərin işğal günüdü…
Bu gün ağır elim Murovdan keçir.
Ata balasından nigaran qalır,
Oğul ata adlı girovdan keçir.
Bu gün Kəlbəcərin işğal günüdü…
Solur, Kəlbəcərin çiçəyi solur.
Zirvədə qartalın gözü yaşarır,
Kolda bənövşənin ləçəyi solur.
Bu gün Kəlbəcərin işğal günüdü…
Bu gün Sücaətin məzarı yanır,
Bu gün Bəhmənimin ruhu yasdadı,
Külli-Kəlbəcərin yazarı yanır.
Bu gün Kəlbəcərin işğal günüdü…
Bu günü anmışıq 21 dəfə.
Bir igid ömüründən uzun zamanda
Qeyrətə gəlmirik, niyə bir dəfə?
Bu gün Kəlbəcərin işğal günüdü!
Yeri tapdalanıb, Azərbaycanın!
O cənnət bənzəri “Kəlbəcər” adlı
Zəri tapdalanıb Azərbaycanın!
01.04. 2015.