XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

24 May 2017 - 20:29

“Dünya romantizm ənənələri və Hüseyn Cavid” –Professor Əjdər İsmayılovun yeni kitabı+ FOTO

Bu günlərdə cavidşunas alim, professor Əjdər Tağıoğlunun (İsmayılovun) 1983-cü ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmiş cavidşuaslıqda mühüm yer tutan "Dünya romantizm ənənələri və Hüseyn Cavid"  adında kitabı oxucuların tələbini nəzərə alaraq latın qrafikası ilə "Elm və təhsil" nəşriyyatından nəfis şəkildə yenidən çapdan çıxarılaraq cavidsevərlərin ixtiyarına verilib.

Bu barədə Strateq.az-a verilən məlumata görə, ədəbiyyatşünaslığımızda aparıcı nüfuza malik görkəmli alimlərimiz bu monoqrafiyaya qədər, Azərbaycan romantizminin yaranmasını 1905 – 1917 – ci ildə baş vermiş tarixi hadisələrlə əlaqələndiriblər. 

Problemə bu mövqedən yanaşma Hüseyn Cavıd romantizmini bir istiqamətdə Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edir, ikinci bir istiqamətdə mütəfəkkir şairi dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli nəhəng korifeyləri ilə bir sırada  dayanmaq hüququnun məhdudlaşdırırdı. 

Müəllif ona görə də Hüseyn Cavid romantizminin konteksində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparır və Azərbaycan romantizminin dünya romantizminin tərkib hissəsi kimin təhlilə çəkir.