XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2017 - 17:58

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı türk dilində çap olundu –FOTO

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi “Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı türk dilində Türkiyədə işıq üzü görüb.

Tərcümə Mərkəzindən Strateq.az-a verilən məlumata görə, Türkiyənin “Berikan” nəşriyyatı tərəfindən nəşr edilmiş kitab məşhur Sumqayıt hadisələrindən – 1988-ci ildə erməni terrorçusu Eduard Qriqoryanın rəhbərliyi altında Sumqayıtda törədilmiş qətliamdan bəhs edir.

Kitabın müəllifi Azərbaycanın əməkdar jurnalisti İbrahim Məmmədov, türk dilinə tərcüməçisi Sənan Nağıdır.