XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 19:07

Şah İsmayıl Xətai adına yeni beynəlxalq hekayə müsabiqəsi –Sabah Natəvan Klubunda təqdimat keçiriləcək

Sabah – iyunun 2-də saat 15:00-da AYB Natəvən Klubunda Şahi İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabının, eləcə də Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək hekayə müsabiqəsinin təqdimatı keçiriləcək.

“Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” komiks hekayənin müəllifi f.ü.f.d.,dos. Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur.

Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığını və sərkərdəliyi şahın öz dilindən verilir.

“Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb.

Hər iki əsər Hədəf Nəşrlərinin sponsorluğu ilə çap edilib.

AYB Şah İsmayıl Komissiyasının sədri, müsbiqə layihəsinin rəhbəri f.ü.f.d.,dos. Şəmil Sadiqin verdiyi məlumata görə, Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri təqdimat günü elan ediləcəkdir.