XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2017 - 13:48

Yazıçı Əli Vəlioğlu altmışı haqlayan həmkarı Əlabbasdan yazır:“Altmışıncı axırıncı aşırım deyil”

İstedadlı YAZ(ar)IÇI dostumuz, həmkarım Əlabbasın anadan olmasının 60 illiyi münasibətilə "Altmışıncı aşırım"  kitabı işıq üzü görüb. Ürəkdən təbrik edib,  ona ömrün 70-ci, 80-ci, 90-cı aşırımlarını da sağ canla aşıb, 100-ə – düz yola çıxmasını arzulayıram!

Əlabbas YAZAR deyil. O, istedadlı YAZIÇIDIR.

Əlabbas məktub yazar? Ərizə yazar? Xasiyyətnamə yazar? Sevgi məktubu yazar? Vəkalətnamə yazar? Kəbin kağızı yazar?….Yox! Yox o bunları yazmır. O, istedadlı YAZIÇIDIR.  Çoxlu hekayə, povest və romanlar müəllifidir.

Haqqında yazılmış bu kitaba da respublikamızın 61 adlı-sanlı aliminin, yaz(ar)ıçı və şairinin bir-birindən gözəl və dəyərli yazıları toplanıb. Onlar bu yazıları ilə Əlabbasın əsl qiymətini veriblər. Sağ olsunlar!

Haqlı olaraq bu gün oxucu yoxluğu və ya qıtığından gileylənirlər. Bəziləri yazıçının əsərlərini, azca da olsa,  təhlil edib, məzmunundan danışmırlar. Yazırlar ki, qoy, oxucular özləri oxusun.

Dərindən kök salmış kütləvi oxumamaq azarını aradan qaldırmaq mümkin deyil. Səbəbi çoxdur, onlarcadır. Deyəcəyim söz tamam başqadır.

Yazıçı-jurnalist  Xalid Kazımlının yazısı mənə yeni bir ideya verdi ki, onu söyləmək istəyirəm. O, öz yazısında Əlabbasın “Gecəyarı hadisə” hekayəsinin bədii məziyyətləri ilə yanaşı, dəyərini və eyni zamanda qısa məzmununu da verib.  

Bir elan kimi, xəbərdarlıq kimi yazıçıların əsərlərindən söz açan ziyalılarımıza müraciət edirəm. Bu, kiçik bir tövsiyədir: ziyalı dostlar, gəlin Xalidin fəndindən istifadə edək. Yəni kiminsə yaradıcılığından yazırsınızsa, xoşa gələn əsərinin qısa məzmununu da açıqlayın. Bunun özü də kitab oxumayanlara, millətə bir fürsət, bir xidmətdir. Müxtəlif səbəblərdən oxumaq istəməyən gəncləri, vaxtı olmayan oxucuları əsərin məzmunu ilə tanış etmək lazımdır.

Bu üsulu bəyənərək təklif edirəm. Kimsə kiminsə əsərindən yazırsa, xoşuna gəldiyi əsərin qısa məzmununu açıqlasın. Bu da millətin savadlanması üçün böyük qənimətdir. Həm də insanların kitablarla, az olsa da, tanışlığı olar, ona marağı artar.

Əli VƏLİOĞLU