XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 03:36

Rusiya-Azərbaycan ədəbi əlaqələri genişləndirilir

Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi ilə Azərbaycan Yazıçılar Birliyi Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında Memorandum imzalanıb. Strateq.az xəbər verir ki, memoranduma Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin Rəyasət Heyətinin sədri Namiq Şahpələngovla Azərbaycan Yazıçılar Birliyi Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu imza atıblar. Memorandumun əsas məqsədi iki ölkə arasındakı ədəbi əlaqələri daha da genişləndirməkdir.

Sənəddə qeyd olunur:

“Memorandum

Rusiyada yaşayan azərbaycanlılara rus mədəniyyətini milli dildə tanıtmağı, çağdaş rus ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə, nəşr və təbliğ edilməsini;

– çağdaş Azərbaycan ədəbiyyatını rus dilinə tərcümə, nəşr və təbliğ etməyi, Azərbaycan milli kimliyini ifadə edən mədəniyyət hadisələrini, elektron və kağız formatında olan daşıyıcılarını Rusiya mədəni məkanında layiqincə tanıdılmasını;

– Rusiyada yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan rusların arasında ardıcıl mədəni dialoqa nail olunmasına dəstək verilməsini, görüşlər və yaradıcılıq gecələri, dəyirmi masaların təşkil edilməsini;

– Azərbaycan və Rusiyanın tanınmış şair və yazıçılarıyla görüşlərin keçirilməsini;

– Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin informasiya resurslarında (sayt, jurnal, qəzet və s.) Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin keçirdiyi mədəni tədbirlərin işıqlandırılmasını;

– Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin informasiya resurslarında (sayt, jurnal, facebook və s.) Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin mədəni tədbirlərinin işıqlandırılmasını;

Və bütövlükdə xalqlarımızın yaxınlaşmasına yuxarıda göstərilənlərin nümunəsində olduğu kimi bir çox istiqamətlərdə töhfələr verən əməkdaşlığı ehtiva edir”.

Sənədin foto-şəkili

Şəhanə Müşfiq