XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 June 2017 - 12:56

Azәrbaycanda ilk mistik-dəhşət trillerini yazmış yazıçı:“Quranda adı keçәn "Dabbәt-ül-Әrz" anlayışı internetdir”- MÜSAHİBƏ

 

Müasir Azәrbaycan әdәbiyyatında ilk mistik triller olan "ŞAYӘTİN" povesti 2016-cı ildә oxuculara tәqdim edildi.

Bu günәdək istәr sosial şәbәkәlәrdә, istәrsә dә oxucular arasında müsbәt rәylәr alan povest doğrudan da fәrqli bir konseptin ilkidir. 

Strateq.az-ın bugünkü müsahibi, әsәrin müәllifi, gənc yazıçı Fәrid Nәsibzadәdir.

 

– Bildiyimiz kimi, "ŞAYӘTİN" ölkәmizdә bir ilkdir. Mistik triller  janrında belә bir fәrqli konsepti yaratmaq haradan ağlınıza gәldi?

-"ŞAYӘTİN" mәnim 4 aylıq araşdırmamın mәhsuludur. 2014-cü ildә qәlәmә alınib. Sadәcә olaraq ölkәmizdә bu janrın, bu sahәnin boşluğunu gördüm vә belә bir povest yazmaq qәrarına gәldim.

– Bəzi oxucular deyirlər ki, povest tez bitdiyinә görә tәәssüflәniblər. Kitabın üz qabığı da kifayәt qәdәr kreativdir. Posterdәki mәxluqun tәsviri, "T" hәrfinin әvәzinә tәrsinә xaç işarәsi… Ehtiyat etmirsinizmi ki, bu povest gәnclәrә pis örnәk olar, satanizmә sәslәyәr? Belә rәylәrlә rastlaşmamısınız?

-Tәbii ki rastlaşmışam. Amma bu, povesti oxumayanların sadәcә önyarğısıdır. Povestin ilk cümlәsi Quranın "Әl-Bәqәrә" surәsi ilә başlayır. "Şayәtin" bütün mәzmunu boyu insanların daim Uca Tanrıdan mәdәt ummalarını, müasir dövrümüzdә şәrin dә modernlәşdiyini vә hәr an diqqәtli olmağı oxuculara tövsiyә edir. Qeyd etdiyiniz hәrf isә Şumerlәrin simvoludur, "dünyanı qucaqlayan böyük ölüm" demәkdir. Çox güman ki, qәdim şumerlәr dә qiyamәt gününün olacağından xәbәrdar idilәr.

Əksinə, bəzi oxucular mənə göndərdikləri rəylərdə öz fikirlərimdən daha çox dini məqamlara üstünlük verməyimlə bağlı mülahizələr irəli sürüblər. Onların bir qisminin fikrincə, sanki mən bununla satanizmdə günahlandırılmamaq üçün bir növ özümü sığortalamışam. Ola bilsin ki, onlar müəyyən dərəcədə haqlıdırlar. Amma demək istəyirəm ki, Quran kimi əvəzolunmaz bir kitabda bu mövzu ilə bağlı sərrast fikirlər deyildiyi halda, əsrlərin nəhəng din xadimlərinin minlərlə mülahizələrinin mövcud olduğu təqdirdə, Fərid Nəsibzadənin şəxsi fikirləri məqsədimə çatmaq baxımından mənə yetərsiz göründü. Bir daha qeyd edirəm ki, məqsədim təkcə mistik triller janrında maraqlı əsər yaratmaq deyil, əsasən insanları “qara qüvvələr”dən çəkindirməkdir ki,  bu halda da Qurandan güclü və gözəl istinad nöqtəsi tapmaq mümkün deyil.

– Bir az әsәrin mәzmunundan danışardınız. Yәqin ki, bu saytımızın oxucularına maraqlı olar.

 – Әsәrin adı qeyri-adidir. Bildiyimiz kimi, atәşdәn yaranan әn tәhlükәli varlıqlar, enerji kütlәsi olaraq bir çox tәsirlәrә malikdir. Quranda haqqında xәbәr verilәn, qiyamәtә yaxın yer altından çıxacaq, dünyanı hörümçәk toru kimi sararaq hәr evә girәcək bir varlıqdan bәhs edilir. Bu varlığın kömәyi ilә hәrәkәtә keçәn cinlәr dә insanlara tәsir edә bilәcәklәr. Alimlәrin araşdırmasına görә, Quranda adı keçәn, "Dabbәt-ül-Әrz" anlayışı mәhz elә bildiyimiz internetdir. İnternetin çox faydaları var, lakin günümüzdә bir çox fal, cadu, şeytanı tәbliğ edәn saytlar da çoxdur. Әsәrin mәzmununda da bu saytların birindә göstәrilәn ayini icra edәn insanın böyük bir gücә sahib olacağı iddia olunur. Buna sadәlövhcәsinә inanan iki dost – Kamran ilә Cәmil,  daha sonra qrup yoldaşları Fidanı cәlb edәrәk paralel alәmdәn bir mәxluqu çağırmağa nail olurlar. Bomaşidjael  adlı bu varlıqdan onlara uğur vә güc vermәsinin әvәzindә ruhlarını öldükdәn sonra şeytana satacaqları barәdә vәd verirlәr. Bununla da hәyatları cәhәnnәmә çevrilәn bu üç gәnc, hәmin varlığı geri göndәrmәk cәhdlәri göstәrirlәr. Bu isә öz növbәsindә hәr üçünün faciәsi ilә nәticәlәnir. Bayaq qeyd etdiyim kimi, şumer yazılarındakı "dünyanı qucaqlayan böyük ölüm"; "Dabbәt-ül әrz" anlayışı vә Allahdan başqasından mәdәt umanların faciәvi  sonu. Bütün bunlar düşünә bilәn auditoriya üçündür.

– Yazıçı tәxәyyülü deyә bir anlayış var. "Şayәtin" tәxәyyül mәhsuludurmu?

– Xeyr. Universitetlәrimizin birindә 2000-ci illәrdә baş vermiş bir olaydır. "Şayәtin" bu olaya mәnim prizmamdan bir baxışdır. Bu barәdә veb səhifəmdəki bloqumda povestin ana süjeti vә araşdırdığım bәzi mәnbәlәri paylaşmışam.

– Ümumiyyәtlә, mistika-qorxu janrında yazmaq çәtindirmi?

-Bu janr elә bir janrdır ki, oxucunu inandırmalısan. Keçən əsrin 80-90-cı illərində amerikan qorxu filmlәirindәki personajlar artıq indiki tәfәkkürümüzә gülmәli gәlir. Ona görә dә, dәrin araşdırmalar, mәslәhәtlәşmәlәr lazımdır. "Şayәtin" vә bundan sonra işıq üzü görәcәk bütün yazılarımda yalnız insanların Allaha doğru çevrilmәsi, pis niyyәtlilik, fal, cadu kimi bәd әmәllәrdәn uzaq olmaları tәbliğ ediləcək. Buna görә dә müәyyәn mәslәhәtlәşmәlәr vacibdir.  İstәr әdәbi, istәrsә dә dini baxımdan. Mәn, fürsәtdәn istifadә edәrәk, povestə ilk rəyini bildirmiş yazıçı Natiq Mәmmәdliyә, "Şayәtin"in ilk tәqdimatını 4 oktyabr 2016-cı ildә "Park İnn Hotel"dә tәşkil edәn Seymur Rәsulova,  "Şayәtin"in ikinci tәqdimatı üçün şәrait yaradan "Bookzone" kitab evinә, ADPU Tәlәbә Gәnclәr Tәşkilatının Kitab Klubuna, İslam elminin bilicilәri olan Ersin vә Mәhәmmәd bәylәrә , elәcә dә öz oxucularıma dәrin tәşәkkürümü bildirirәm.

– Fəaliyyətinizi elə bu janrda da davam etdirəcəksiniz?

– Qismən bəli. Lakin başqa janrlara da indiyədək müraciət etmişəm. Məsələn, bu ayın sonlarına doğru yeni yazıb bitirdiyim "ŞEYTAN OVU" adlı döyüş povestini oxucularıma tәqdim edәcәyәm. Povestdә işğal altında olan әrazilәrimizdә beynәlxalq ictimaiyyәtin gözündәn uzaq şəraitdə işğalçıların narkotik trafiki, insan alveri, terror qruplarına logistik dәstәyә qarşı "Şeytan ovu" adlı antiterror әmәliyyatından vә Qarabağ müharibәsinin 4 igid veteranından bәhs edilәcәk.  İyul ayında isә növbәti mistik janrda olan "CİNayәt" adlı detektiv povesti ilә oxucularımın görüşünә gәlәcәyәm. Qeyd etdiyim povestlәr elektron formatda olacaq. Planda sadәcә ildә bir dәfә oxucularım üçün limitli sayda kitab nәşr etdirmәk var. Kitablar әn fəal oxucularıma hәdiyyә edilәcәk. Çox güman ki, bu il "Küffar" adlı qorxu povesti də oxucularımın müzakirəsinə veriləcək. Әlimә keçәn, Osmanlı dönәminә aid, ibn Müseyb adlı mәdrәsә tәlәbәsinin gündәliyi әsasında yazılan bu povest tam fәrqli bir konsept olacaq. Әski osmanlıca yazılan bu gündәlik hәlәlik tәrcümә mәrhәlәsindәdir. Bundan əlavə, qorxu janrında olan "Zülmanlar", "Şeytani" adlı hekayә vә povestlәrim də var.

– Bəs oxucuların sevdiyi lirik dram janrına müraciət etməyi düşünmürsünüz?

– Sevgi janrında olan "13 Mәktub"; "Kofe vә Karamel"; "Unutma sevgili" adlı  layihәlәrimlә oxucularım  www.faridnasibzade.com ünvanında tanış ola bilәrlәr. Elәcә dә hәmin ünvanda oxucular "e-hekayә" bölmәsindә tamamilә ödәnişsiz kompyuter vә telefonlarına yüklәyәrәk oxuya bilәrlәr. Gәlәcәkdә dә, elektron formatda olan yazılarımı kitab qiymәtindәn 2 dәfә ucuz oxuyacaqlar. Çünki məni işin maliyyə tərəfindən daha çox bədii tərəfi düşündürür…

Strateq.az