XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 15:12

Yunus Oğuzun daha bir tarixi romanı işıq üzü gördü –“Atabəy Eldəniz”

Yazıçı-publisist Yunus Oğuzun daha bir romanı işıq üzü görüb.

Strateq.az “OLAYLAR”a istinadla xəbər verir ki, müəllifin “Atabəy Eldəniz” adlı kitabı Yunus Oğuzun sayca 7-ci tarixi romanıdır.  

Kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov yazıb.

Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.