XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 11:35

“Onun fikrini dəstəkləyirəm” – Yazıçı Anardan Seymur Baycanın heykəl və büst arzusuna reaksiya

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yazıçı Seymur Baycanın heykəl və büst arzusuna münasibət bildirib.

moderator.az-a istinadən strateq.az-ın məlumatına görə, Anar açıqlamasında deyib ki, Seymur Baycanın fikirlərini dəstəkləyir:

“Seymur Baycanın “büst” fikrini çox yaxşı qarşılayıram. Onun fikrini dəstəkləyirəm. Bu yaxınlarda onun da adına bir küçə verərik, büstünü qoyarıq. Təklif edirəm ki, nəinki büstünü, heykəlini də qoysunlar, hətta mavzoleyini də tiksinlər”. 

Xatırladaq ki, Seymur Baycan mətbuata müsahibəsində heykəlinin olmasını arzuladığını bildirmişdi: “İstəyirəm ki, heykəlim olsun, adıma küçə olsun, həmin küçədə gəzişim, hər gün öz heykəlimin qarşısına çiçək qoyum. özümə büst düzəltdirmək üçün bank hesabı açacam, ianə yığacam”.